Tarix :: Naxçıvan Beynəlxalq Hava Limanı



29 Okt 2020

HAVA

Bakı 18.. 20°C
Naxçıvan 21.. 23°C
Lənkəran 18.. 20°C
Gəncə 18.. 20°C

Tarix

Naxçıvan Hava Limanı 1976-cı ildə tikilmiş və 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və onlara oxşar) qəbul etmişdir.  Yalnız Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava Limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdur.

1990-cı illərdən etibarən Hava Limanı inkişaf etməyə başladı. 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş-enmə zolağının uzadılması nəticəsində Hava Limanı Tu-134 və TU-154 tipli təyyarələri qəbul etmək imkanı əldə etdi.

2002 - 2004-cü illər ərzində  Hava Limanı rekonsrtuksiya olunaraq yeni monolit-beton konstruksiyadan hazırlanmış və yük götürmə qabiliyyəti 400 ton olan uçuş-enmə zolağı tikildi, o cümlədən  beynəlxalq standartlara cavab verən yeni Aerovağzal kompleksi də sərnişinlərin istifadəsinə verildi. Bununla da ən müasir infrastruktur yaradıldıqdan sonra 2004-cü ilin aprel ayında Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusu qazandı.






SAYT ÜZRƏ AXTARIŞ