Inkişaf perspektivləri :: Naxçıvan Beynəlxalq Hava Limanı



29 Okt 2020

HAVA

Bakı 17.. 19°C
Naxçıvan 11.. 13°C
Lənkəran 15.. 17°C
Gəncə 10.. 12°C

Inkişaf perspektivləri

Naxçıvan Beynəlxalq Hava Limanının qarşısına qoyduğu əsas məqsəd aviasiya sahəsində beynəlxalq standartlara cavab verən, keyfiyyətli, etibarlı, rahat, insanlara və ətraf mühitə  etina göstərən işçi qüvvəsinə və texnologiyaya malik hava limanı xidməti təşkil etməkdir.

İnkişaf prespektivimizdə nəzərdə tutduğumuz ən ümdə məqsədimiz dünyanın ən öncül hava limanlarından biri olmaqdır.

Hazırda Hava Limanında yüksək inkişaf templəri nəzərdə tutulur. Bununla əlaqədar bir sıra sahələrdə islahatlar həyata keçirilir. Bu islahatlar istər kadr baxımından, istərsə də maddi texniki təchizat və digər sahələrdə həyata keçirilir. Aparılan islahatlar hava limanının hər sahədə beynəlxalq standartlara cavab verməsini təşkil etmək məqsədi daşıyır. Bu baxımdan işçi heyəti üçün keçirilən ingilis dili danışıq dərsləri Respublikaya gələn qonaqların və tranzit keçən xarici ölkə vətəndaşlarına göstərilən xidmətin keyfiyyətini artırmaq üçün nəzərdə tutulub.

Naxçvan Beynəlxalq Hava Limanının hazırda (yerli şirkətlərlə - "Azərbaycan Hava Yolları" və "Silk Vey Business Aviation" şirkətləri ilə və)  xarici şirkətlərlə - Türkiyənin "Anadolujet", Rusiyanın "Yuteyr" şirkətləri ilə əməkdaşlıq müqavilələri var və Hava Limanı bu şirkətlərə yüksək xidmətlər göstərməklə əməkdaşlığı davam etdirir.

Naxçıvan Hava Limanı qısa zaman ərzində əməkdaşlıq etdiyi aviaşirkətlər sırasına yenilərini daxil etməyi  planlaşdırır. Burada tranzit səfərlərin də həyata keçirilməsi nəzərdə tutulub.

Ümumilikdə isə Hava Limanı aşağıdakı istiqamətlər üzrə yüksək inkişaf səviyyəsini əldə etməyi qarşısına məqsəd qoyub.

  •    Etibar

  •    Təhlükəsiz ucuşlar

  •    Kadr peşəkarlığı

  •    İnkişaf etmiş texnologiya

  •    Keyfiyyət

  •    Rahatlıq 

  •    Şəffaflıq






SAYT ÜZRƏ AXTARIŞ