Uçuşqabağı qeydiyyat
Qeydiyyat uçuşa 2 saat 20 dəqiqə qalmış başlayır. Qeydiyyat zamanı sərnişinlər biletlərini və şəxsiyyəti təsdiq edən sənədlərini qeydiyyat masasına təqdim edirlər. Sərnişinlərə 10 kq-dək əl yükünün sərnişin kabininə daşınmasına icazə verilir. Bundan artıq çəkidə olan yüklər baqaja təhvil verilməlidir. Uçuşa 30 dəqiqə qalmış qeydiyyat başa çatır. |