Ümumi məlumat :: Naxçıvan Beynəlxalq Hava Limanı



29 Okt 2020

HAVA

Bakı 18.. 20°C
Naxçıvan 12.. 14°C
Lənkəran 17.. 19°C
Gəncə 12.. 14°C

Ümumi məlumat

    Ölkə:

    Azərbaycan Respublikası

    Rəsmi adı:

    Naxçıvan Muxtar Respublikası

    Yarandığı tarix:

    9 fevral 1924-cü il

    Paytaxtı:

    Naxçıvan şəhəri

    Ərazisi:

    5365 km2

    Dövlət dili:

    Azərbaycan dili

    Pul vahidi:

    Manat

    Əhalisi (1000 nəfərlə):

    456 min nəfərə yaxın (01.12.2018-ci il)

    Milli tərkibi:

    99,9 % azərbaycanlı

    1 km2 düşən əhali

    (nəfərlə):

    83

    Kənd əhalisi (min nəfər):

    321.6 

    Şəhər əhalisi (min nəfər):

    134.5

Paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub. 5 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 qəsəbəsi, 207 kəndi vardır.
Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya komissiyası tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ilə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu alıb.
Muxtar dövlətin özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi vardır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Konstitusiyaya əsasən muxtar respublikanın Ali vəzifəli şəxsidir. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Naxçıvan Muxtar Respublikasının qanunları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanır.
Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.

Naxçıvan Muxtar Respublikasında idarəetmə sistemi Azərbaycan Respublikası ilə eyniyyət təşkil edir. Muxtar respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə olunur. İcra hakimiyyətlərinin başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar.1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi.
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR hökuməti də Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin böyük rolu oldu. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi.
1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi Icraiyyəti Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, Itqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MIK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması, Sovetlər Birliyi hökumətinin Azərbaycan xalqına qarşı yeritdiyi xəyanətkarlığın daha bir ifadəsi idi.
Naxçıvan Muxtar Respublikası yaradıldıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin 5988 km2 –ni əhatə edirdi. 1929-1930-cu illərdə və sonra muxtar respublikanın ərazisinin bir hissəsi Kreml rejimi tərəfindən ermənilərə verildi. Nəticədə Naxçıvan Muxtar Respublikasının ərazisi 5365 km2-ə qədər azaldıldı.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında muxtar respublikanın rəsmi adından «Sovet Sosialist» sözləri çıxarılmış, qanunverici hakimiyyət orqanının adı dəyişilərək Ali Məclis qoyulmuş, ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ermənistan (sərhəd xəttinin uzunluğu 246 km), Türkiyə (11 km) və Iranla (204 km) həmsərhəddir.

Azərbaycana qarşı ədalətsiz müharibəyə başlayan Ermənistan Respublikası tərəfindən 1991-ci ildən tam iqtisadi blokadaya alınan Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi 1990-cı il yanvarın 19-da ermənilər tərəfindən işğal olunmuşdur. Müharibə nəticəsində muxtar respublikadakı bir qəsəbə və 3 kəndin əhalisi ata-baba yurdundan didərgin düşmüşdür.

dsc_0697.jpg





SAYT ÜZRƏ AXTARIŞ