Şahbuz Aviakassası :: Tikinti xəbərləri :: Naxçıvan Beynəlxalq Hava Limanı



29 Okt 2020

HAVA

Bakı 18.. 20°C
Naxçıvan 21.. 23°C
Lənkəran 18.. 20°C
Gəncə 18.. 20°C

XƏBƏRLƏR / Şahbuz Aviakassası

Şahbuz şəhərində yeni Aviakassa binası istifadəyə verilmişdir

 

Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə Naxçıvan Beynəlxalq Hava Limanında keyfiyyətcə yeni mərhələnin əsasları yaradılmışdır. Belə ki, burada xidmət səviyyəsinin yüksəldilməsi, uçuşların təhlükəsizliyinin artırılması və maddi-texniki təminatın gücləndirilməsi müasir dövrün tələblərinə tamamilə uyğunlaşdırılmışdır. Müvafiq sahə üzrə islahatların və innovativ inkişafın nəticələrindən səmərəli şəkildə istifadə olunması xidmətimizdən yararlanan sərnişinlərin rahatlığına hesablanmışdır.


Yanvar ayının 30-da Şahbuz şəhərində müasir memarlıq üslubunda Aviakassanın istifadyə verilməsi həmin tədbirlərin tərkib hissəsidir.


Binanın ümumi sahəsi 410 kvadratmetrdir. Birinci mərtəbə sərnişinlər üçün 104 kvadratmetrlik gözləmə zalından, kassalardan, təhlükəsizlik və texniki otaqlardan ibarətdir. Aviakassada enerji sisteminin tənzimlənməsi məqsədilə 1 ədəd 15 kilovoltamper gücündə statik tənzimləyici, 1 ədəd 10 kilovoltamper gücündə alternativ enerji mənbəyi avadanlıqları quraşdırılmışdır.


Bilet satış kassalarına 3 ədəd kompüter dəsti, server üçün 2 ədəd kompüter kassası, şəbəkəpaylayıcı, 2 ədəd printer avadanlığı, sərnişinlər üçün 1 dəst sensorlu növbə aparatı, 1 ədəd POS-terminal quraşdırılmış və istifadəyə tam hazır vəziyyətdədir.


Təhlükəsizliyin təmin olunması üçün binada 7 kamera, 1 ədəd 16 kanallı şəbəkə videoqeydiyyatçı, 1 televizor quraşdırılmışdır.


Aviakassanın ikinci mərtəbəsində isə 3 xidmət otağı və bufet yerləşir.


Binaya sürətli internet xətti çəkilmiş, fərdi istilik sistemi və mərkəzi soyutma sistemi ilə təchiz olunmuş, yanğına qarşı dedektorlar quraşdırılmışdır.


Aviakassa həm daxildən, həm də xaricdən müasir işıqlandırma sistemi ilə təmin edilmişdir. Binanın daxilinə sərnişinlərin rahatlığı üçün oturacaqlar quraşdırılmış və xüsusi dizaynla hazırlanmış mebel dəstləri yerləşdirilmişdir.


Yeni yaradılmış aviakassada 9 nəfər işlə təmin olunmuşdur.


 

 






SAYT ÜZRƏ AXTARIŞ